AZ

Siyarto: ABŞ Macarıstanın Rusiyanın enerji resurslarına ehtiyacını başa düşür

ABŞ Macarıstanın Rusiyanın enerji resurslarına ehtiyacını anlayır.

HİT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bunu “Kommersant”ın müxbirinin Vaşinqton administrasiyasının Budapeştin Rusiyanın enerji resurslarından imtina etməsi tələbini şərh etmək istəyinə cavabında bildirib.

"Mən artıq bu məsələni dövlət katibi Marko Rubio ilə müzakirə etmişəm. O, bu məsələdə anlayış nümayiş etdirib", deyə macar nazir bildirib.

"Biz Amerikanın mövqeyini başa düşürük. Biz Donald Trampı sülhə nail olmaq səylərində dəstəkləyirik. Ancaq coğrafiya ilə müəyyən edilən fiziki reallıqlara gəldikdə, təəssüf ki, biz bunu dəyişə bilmərik", deyə Siyarto vurğulayıb.

Sentyabrın 23-də BMT Baş Assambleyasında çıxış edən Donald Tramp Rusiyadan neft və qaz almağa davam edən Avropa ölkələrini tənqid edib. O, məsələni Avropa liderləri ilə müzakirə edəcəyinə söz verib. ABŞ-ın energetika naziri Kris Rayt bildirib ki, Aİ-nin Rusiyadan neft və qaz idxalını dayandırması ABŞ prezidentinin Ukraynada hərbi əməliyyatlara son qoymaq səylərinə kömək edə bilər.

Samir

Seçilən
10
42
hit.az

10Mənbələr