EN

Mina partlayışında həlak olan Səyyaf Əhmədov dəfn olunubVİDEO

Dünən Ağdam rayonunda mina partlayışı nəticəsində həlak olan ehtiyatda olan gizir Səyyaf Əhmədov dəfn olunub.

Xezerxeber.az-ın məlumatına görə, "Gizir Xanı" kimi tanınan Səyyaf Ağdamın Üçoğlan kəndi qəbiristanlığında torpağa tapşırılıb. Tanıyanlar hamısı onun cəsur və qorxmazlığından danışıblar.

Xatırladaq ki, əfsanəvi kəşfiyyatçı Əhmədov Səyyaf Fiqan oğlu 5 aprel 1971-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. 4 övladı var. O, həm I Qarabağ müharibəsinin iştirakçısı, həm də Vətən müharibəsinin könüllüsü olub. 1992-ci ildə könüllü olaraq orduya qatılıb. Keçirdiyi döyüşlərdə 3 dəfə ağır yaralanıb. Onun vətən uğrunda döyüşlərdə göstərdiyi şücaət dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
25
xezerxeber.az

1Sources