EN

Pezeşkian: "İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı Cənubi Qafqazdakı sülh prosesinə toxunub.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
"İran sülh və sabitliyi dəstəkləyir. Biz hesab edirik ki, regionun və dünyanın gələcəyi əməkdaşlıq, etimad və qarşılıqlı inkişaf üzərində qurulmalıdır. Bu kontekstdə İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir", - deyə dövlət başçısı bildirib.
O, həmçinin əlavə edib ki, Tehran Səudiyyə Ərəbistanı ilə Pakistan arasındakı müdafiə ittifaqını da alqışlayır.
Chosen
51
50
oxu.az

10Sources