EN

Netanyahu bunu etsə, strateji səhvə yol verəcək – Makron

“Rəsmi Parisin Fələstini tanımasından sonra İsrail Qüdsdəki Fransa konsulluğunu bağlasa, ciddi səhv etmiş olacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “France 24” və “RFI” radiosuna müsahibəsində deyib.

“Mən bunu ciddi səhv sayıram və İsrailin həmin addımı atacağına inanmıram”.

Lakin Makron konsulluğun bağlanması fonunda Fransanın hansı addımlar atacağı haqda suala cavab verə bilməyib. O, sadəcə vəziyyəti gərginləşdirmək niyyətində olmadığını qeyd edib və Parisin İsrail-Fələstin münaqişəsinin həlli üçün diplomatik səylərini davam etdirəcəyini vurğulayıb.

Chosen
50
1
demokrat.az

2Sources