EN

Moskvada qanunsuz miqrasiya təşkil edən şəbəkə ələ keçib

BAKI, 25 sentyabr. TELEQRAF

Moskvada qanunsuz miqrasiya ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya idarəsinin əməkdaşları da şəbəkənin üzvü olublar. Onlar saxta sənədlərlə miqrantlara Rusiyada qanuni yaşamaq hüququ əldə etməyə kömək ediblər. Həmçinin miqrantların guya rus dilini bildiklərinə, habelə Rusiyada yaxın qohumlarının yaşadığına dair saxta sənəd hazırlayıblar.

Chosen
21
2
teleqraf.com

3Sources