EN

Ermənistanı sevindirən gəlişmə yaşana bilər Tarix verildi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistanda “Respublika Uğrunda” partiyasının lideri Arman Babacanyanın Azərbaycan Prezidenti İlham Əliyevin İrəvana mümkün səfəri ilə bağlı iddiası müzakirə edilir. O bildirib ki, hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da 2026-cı ilin yazında İrəvana gələcək. Babacanyanın sözlərinə görə, hər iki səfər Avropa Siyasi Birliyi Sammiti çərçivəsində həyata keçirilə bilər.

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Ermənistan təhlükəsizliyi və gələcəyinin Azərbaycan və Türkiyə ilə bağlı olduğunu dərk edir:

“Prezident İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın İrəvəvanda keçiriləcək Sammitdə iştirakı Ermənistan üçün böyük prestij olardı. Bu, tədbirin nüfuzunu artırar, onu bütün dünyanın diqqət mərkəzinə gətirər. Belə bir səfərin baş tutması Ermənistana lazımdır.

Ümumiyyətlə, dünya, xüsusən regionumuz sürətlə dəyişməkdədir. Ermənistan bu dəyişikliyə cavab verməsə, yenidən revanşist xəyallara düşüb sülhdən yayınsa, yekunda dövlətçilik statusu şübhə altına düşəcək. Yeni dünya düzənində Cənubi Qafqazda artıq konflikt mənbəyi olan Ermənistana ehtiyac qalmayacaq. Ona görə də bu ölkə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdıraraq etimad mühitini dərinləşdirməlidir. Bununla da dünya ailəsinə müstəqil dövlət kimi inteqrasiya edə bilər. Bunu müstəqil yerinə yetirə bilməyəcəksə, hansısa dövlətin tərkibində bu missiyanı yerinə yetirməli olacaq”.

Ekspert qeyd edib ki, Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaradılması rəsmi İrəvana sərf edir:

“Çünki Ermənistan, demək olar, regionda təcrid olunub. Müharibədən ağır məğlubiyyətlə çıxıb, ordusu məhv olub, 200 ildir qurduğu ideoloji sütun dağılıb. Bunun müqabilində Azərbaycan dünyanın aparıcı ölkələri ilə əlaqələrini gücləndirir, dünya miqyasında önəmini artırır. Ona görə də Ermənistan Azərbaycana istədiyi zəmanəti verməlidir”.

M.Rəhimli qeyd edib ki, Prezident İlham Əliyev sülh prosesinə sadiq olduğunu dəfələrlə bəyan edib və bunu praktiki olaraq sübuta yetirir:

“Ermənistan ictimaiyyət nümayəndələrinin Azərbaycanla bağlı gözəl xəyallar qurması yaxşıdır. Müsbət dinamikanı artırmalıdırlar. Bu, regionda sülhün təmin edilməsinə ciddi təkan verəcək”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
globalinfo.az

2Sources