
Venesuelanın qərbində 6,2 bal gücündə zəlzələ baş verib.
Reyting.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentri Mene Qrande şəhərindən 24 kilometr şimal-şərqdə, ocağı isə 7,8 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
V. QULİYEV