EN

Maqnit və batareya udan azyaşlı ölümdən döndü (FOTO)

Bakı. Trend:

11 sentyabr 2025-ci il tarixində 2015-ci il təvəllüdlü azyaşlıqarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, qusma və bədənhərarətinin yüksəlməsi şikayətləri ilə valideynləri tərəfindənKliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardımşöbəsinə gətirilib.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin mətbuat katibi RuzbehMəmməd məlumat verib.

Onun sözlərinə görə, valideynlə aparılan söhbət zamanı məlumolub ki, uşaq autizm spektr pozuntusundan əziyyət çəkir, yad cisimudma vərdişi var və 3–4 gün əvvəl batareya və maqnit qırıqlarıudub.

"Aparılan rentgenoloji müayinədə qarın boşluğununproyeksiyasında bir nöqtədə cəmlənmiş çoxsaylı rentgenokontrast yadcisimlər aşkarlanıb və cərrahi əməliyyat qərarı verilib.

Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyevinrəhbərliyi ilə uşaq cərrahları Ramin Bayramov və Binnət Sofuyevtərəfindən qarın boşluğunun təftişi (bağırsaq ilgəklərində çoxsaylıperforasiya-deşilmə aşkarlanıb), bağırsağın iki hissədənrezeksiyası və anastomazların qoyulması (bağırsaqların uc-ucatikilməsi) əməliyyatı icra olunub.

Uğurlu cərrahi müdaxilə və 14 günlük stasionar müalicələrdənsonra vəziyyəti qənaətbəxş qiymətləndirilib, ambulator müalicə üçünevə buraxılıb",- deyə o əlavə edib.

Maqnit
Chosen
20
2
az.trend.az

10Sources