EN

Ana Brnabiç: Serbiya ilə Azərbaycan ticarət iqtisadi əlaqələri real potensialı əks etdirmir

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Maliyyə Nazirliyində Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"APA-Economics" xəbər verir ki, görüşdə Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, birgə layihələrin icrası, qarşılıqlı investisiya imkanları və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Azərbaycanın Serbiya ilə bütün sahələrdə strateji tərəfdaşlığı gücləndirmək niyyətində olduğunu qeyd edən maliyyə naziri, Azərbaycan ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin və Hökumətlərarası Komissiyanın mühüm platforma olduğunu bildirib. Nazir qeyd edib ki, Hökumətlərarası Komissiyanın ötən ilin iyul ayında Bakıda keçirilən 8-ci sessiyasında bir çox mühüm təşəbbüslər irəli sürülüb, cari ilin oktyabr ayında isə Belqradda Komissiyanın 9-cu iclasının keçirilməsi planlaşdırılır.

Görüşdə iki ölkə arasında qarşılıqlı investisiyaların artdığı, 2024-cü ildə ticarət dövriyyəsinin 16,7 faiz artaraq 190,3 milyon dollara çatdığı diqqətə çatdırılıb. Həmçinin enerji, infrastruktur, aviasiya, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə mövcud əməkdaşlıq imkanlarının qarşılıqlı faydalı layihələrin reallaşdırılması üçün geniş perspektivlər açdığı vurğulanıb.

Öz növbəsində, Ana Brnabiç Azərbaycan ilə Serbiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bu əməkdaşlığın qarşılıqlı etimada və dostluğa əsaslandığını qeyd edib. O, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanın mövcudluğuna baxmayaraq, mövcud statistik göstəricilərin real potensialı əks etdirmədiyini və siyasi münasibətlərin səviyyəsinə uyğun gəlmədiyini vurğulayıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.

Xanım Brnabiç, həmçinin azərbaycanlı investorların Serbiyada daşınmaz əmlak, kənd təsərrüfatı və digər sahələrdə sərmayə yatırmalarında maraqlı olduqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
12
apa.az

10Sources