"Sabah" basketbol komandasının avrokuboklardakı son rəqibi də dəqiqləşib.
Sportal.az xəbər verir ki, "Elan Şalon" seçmə qrupun finalında İspaniyanın "Mursiya" klubunu 96:88 hesabı ilə məğlub edərək Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.
Üçqat Azərbaycan çempionu B qrupunda "Alba Berlin" (Almaniya), "Nimburk" (Çexiya) və "Elan Şalon"la (Fransa) oynayacaq.
Azərbaycan çempionu ilk dəfədir ki, Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək.
Mövsümə oktyabrın 7-də start veriləcək.
saytlarin hazirlanmasi