“Real”ın sabiq hücumçusu və əfsanəsi Raul Qonsales Bundesliqa klubunu çalışdıra bilər.
Publika.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
İspaniyalı mütəxəssisin xidmətləri Xerardo Seoanenin istefasından sonra Münhenqladbax “Borussiya”sına təklif olunub.
Qeyd edək ki, 48 yaşlı Raul ötən mövsüm 6 il rəhbərlik etdiyi “Real”ın ikinci komandası ilə yollarını ayırıb.