EN

Neftimizin bugünkü qiyməti açıqlandı

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,92ABŞ dolları və ya 1,29% artaraq 72,14 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 71,22 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
49
qafqazinfo.az

10Sources