ain.az, Hurriyyet saytına istinadən bildirir.
Şəkidə 28 yaşlı kişini avtomobillə vuran sürücü hadisə yerindən qaçıb.
Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 24-dən 25-ə keçən gecə Şəki şəhər ərazisində baş verib.
1997-ci il təvəllüdlü Şəki şəhər sakini Hasil Etibar oğlu Əsgərov nəməlum avtomobil tərəfindən vurulub. H. Əsgərov ağır komotoz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.