Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Səhiyyə Nazirliyində akademik Mustafa Topçubaşovun 130 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirilib.
Səhiyyə naziri Teymur Musayev məclisdə giriş sözü ilə çıxış edib. Prezident İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil etdiyini vurğulayan nazir bildirib: “Akademik təkcə öz dövrünün deyil, Azərbaycan səhiyyə və tibb elminin tarixində adı əbədi həkk olunmuş alimdir”.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə akademikin adını daşıyan Elmi Cərrahiyyə Mərkəzinin açılışını xatırladan nazir tibb ocağının bu yüksək etimada layiq fəaliyyət göstərdiyini vurğulayıb: "Akademik Topçubaşovun adının dünya miqyasında tanınması Azərbaycan cərrahiyyə elminin tarixi uğurudur. Cərrahların Lissabonda keçirilmiş XI Beynəlxalq Konqresində akademik Mustafa Topçubaşovun Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü seçilməsi görkəmli təbibin simasında Azərbaycan cərrahiyyəsinə verilən beynəlxalq dəyər olub".
Elmi məclisdə qeyd edilib ki, akademikin "analgezin" adlı ağrıkəsicinin kəşfi İkinci Dünya müharibəsi illərində insanlığa böyük xidmət sayılıb: “Hətta tanınmış sovet akademiki Pyotr Kupriyanov bu kəşfi "Bakı neftinin müharibədə tanklara verdiyi gücə" bənzətmişdir. Akademik Topçubaşovun həyat yolu gənc nəsil üçün böyük alimlik və insanlıq məktəbidir".
XQ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.