Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfər edib.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Baş nazirin sentyabrın 25-də Moskvada “Ümumdünya Atom Həftəsi” adlı konfransda iştirak edəcəyi bildirilir.
Paşinyanın həmçinin Rusiya Prezidenti Vladimir Putinlə də görüşü gözlənilir.