EN

Bu ölkənin paytaxtı köçürülür

İndoneziya hökuməti 2028-ci ildə ölkənin paytaxtını Cakartadan Nusantaraya köçürmək niyyətindədir. Vətəninfo.az xəbər verir ki, bu barədə “Jakarta Globe” ölkənin Baş Qərargah rəisi Məhəmməd Kodariyə istinadən məlumat yayıb. O bildirib ki, ölkənin idarəçiliyinin səmərəli şəkildə davam etdirilməsi üçün hakimiyyətin hər üç qolunun mərkəzi qurumları Nusantaraya köçürüləcək. Kodari bildirib ki, hazırda Nusantara şəhərində 2028-ci ildə başa çatacaq yeni hökumət binalarında tikinti işləri aparılır.

Tikinti başa çatan kimi hakimiyyət ölkə prezidentinin tapşırığına uyğun olaraq paytaxtın köçürülməsi işini həyata keçirəcək.

Xatırladaq ki, İndoneziyada paytaxtın köçürülməsi ilə bağlı danışıqlar hələ 2019-cu ildə başlayıb, lakin koronavirus pandemiyası səbəbindən bu istiqamətdə heç bir əməli addım atılmayıb.

Chosen
64
veteninfo.az

1Sources