EN

Danimarkada Aalborg hava limanı dronlar səbəbindən bağlanıb

Danimarkada Aalborg hava limanı dronlar səbəbindən bağlanıb

Danimarkanın Aalborg şəhərindəki hava limanı müvəqqəti bağlanıb və üç reys digər hava limanlarına yönləndirilib. Buna səbəb yaxınlıqda qeydə alınan naməlum pilotsuz uçuş aparatları (PUA) olub.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" Danimarka polisinə istinadən məlumat yayıb.

Polis yaxınlıqda dronların mövcudluğunu təsdiqləyib. Hazırda hava məkanı bağlanıb və hüquq-mühafizə orqanları ərazidə fəaliyyət göstərir. Polis qeyd edib ki, naməlum obyektlərin hərəkətləri Danimarkanın digər bölgələrində, o cümlədən Sennersborg, Skridstrup və Esbyorq şəhərlərindəki hava limanları yaxınlığında da müşahidə olunur.

Bundan əlavə, Aalborg hava limanında baş verən pozuntular Danimarka Silahlı Qüvvələrinə də təsir edib, çünki yaxınlıqda yerləşən ölkənin Hərbi Hava Qüvvələri bazası limanın uçuş-enmə zolağı və idarəetmə xidməti ilə istifadə olunur.

Chosen
45
afn.az

1Sources