EN

Yabanı halda bitmiş 7 tona yaxın çətənə kolu məhv edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 24-də ümumi çəkisi 2,3 kiloqrama yaxın narkotik vasitə götürülüb. Həmçinin yabanı halda bitmiş 6,9 tondan artıq çəkidə 2 min 875 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

Chosen
12
10
unikal.az

10Sources