1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Bənövşəyi xətt" üzrə tikilməkdə olan, şərti "B-4" adlandırılan stansiyanın istifadəyə veriləcəyi vaxt açıqlanıb.
Qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, stansiyanın 2026-cı ilin sonunda istifadəyə verilməsi planlaşdırılır:

"Artıq tikinti işləri başa çatmaq üzrədir. İşlər plana uyğun davam etdirilir. Stansiyada tikinti-quraşdırma işləri başa çatandan sonra infrastruktur yaradılacaq və istifadəyə hazır olacaq".
Samir Əli