EN

“Bakı Metropoliteni”nin Müşahidə Şurasının tərkibi yenilənib

“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibi yenilənib.

Kommersant.az xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Hüquq departamentinin direktoru Toğrul Quluzadə və Tikinti layihələrinin idarəolunması departamentinin direktoru Murad Əhmədov QSC-nin Müşahidə Şurasının üzvləri təyin edilib.

Qeyd edək ki, Şuranın rəhbəri AZCON-un icraçı direktoru Şahin Babayevdir. Eyni zamanda AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləridir.

Chosen
23
13
kommersant.az

10Sources