Sentyabrın 29-dan başlayaraq artan sərnişin tələbatını qarşılamaq üçün Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.
"Azərbaycan Dəmir Yolları" QSC-dən News24.az-a verilən məlumata görə, qatar həftəiçi günlər hər iki istiqamətdə hərəkət edəcək.
"Bundan əlavə, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün səfər edə bilərsiniz", - deyə məlumatda qeyd olunub.
Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və yaxud "ADY Mobile" tətbiqindən əldə etmək olar.