EN

“TikTok”er Mahirəyə həbs CƏZASI: Tələbə qızları 200-500 manata...

Abşeron Rayon Məhkəməsində məşhur "TikTok"er Mahirə Marandskayanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Publika.az xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib. Məhkəmənin hökmünə əsasən, 2001-ci il təvəllüdlü Mahirə Marandskaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Lakin məhkəmə, təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq, cəzanın icrasını uşağın 14 yaşına çatmasına qədər təxirə salıb.

İstintaq materiallarına əsasən, cinayət işi üzrə 10-dan artıq zərərçəkmiş şəxs müəyyən edilib. Onların sırasında universitet tələbələrinin də olduğu bildirilir. Araşdırmalar zamanı məlum olub ki, Mahirə Marandskaya son 1 il ərzində eyni əməli təkrar edib, zərərçəkmiş qadınları və qızları hədə-qorxu gəlməklə, 200-500 manat müqabilində müxtəlif şəxslərlə intim münasibətə vadar edib.

Chosen
10
8
publika.az

9Sources