"Həyat yoldaşımın vəziyyəti dəyişməz olaraq qalır və onun müalicəsi Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir".
Bunu Teleqraf-a açıqlamasında şair Əlisəmid Kürün həyat yoldaşı Mətanət Mehdiyeva deyib.
O bildirib ki, həyat yoldaşının müalicəsi ilə bağlı bir sıra yazıçı və incəsənət xadimləri Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib: "Məsələ ilə Əməkdar mədəniyyət işçisi Umud Rəhimoğlu məşğuldur".
Qeyd edək ki, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir. O, sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.
Daha sonra özəl tibb müəssisəsindən Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə təxliyə olundu.