EN

AFFA azarkeşlərə görə "Qarabağ"ı cərimələdi

style='margin-bottom:10px;'>

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 5-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

 “Sabah” – “Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 2000 manat cərimə edilib.

 “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 28-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 500 manat cərimə edilib. Matçın 60-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 5000 manat cərimə edilib.

Chosen
27
13
teleqraf.com

10Sources