EN

Metroda havalandırma və soyutma sistemi yenilənir

Bakı Metropoliteninin ən mühüm məsələlərindən biri havalandırma və soyutma sistemləridir. Xüsusilə son dövrlərdə ictimaiyyətin ən çox maraqlandığı suallar məhz yaşıl və qırmızı xətlərdə bu sistemlərin tətbiqi ilə bağlıdır.Metbuat.az-ın məlumatına görə, bunu bu gün Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Bənövşəyi xətt ən müasir standartlara uyğun inşa olunur və artıq istifadəyə verilmiş dörd stansiyada həm havalandırma, həm də soyutma sistemləri tətbiq edilib. Bu təcrübə yaxın vaxtlarda yaşıl və qırmızı xətlərdə də reallaşdırılacaq. Hazırda daha üç stansiyanın infrastrukturu öyrənilir, həm havalandırma həm də soyutma sistemləri üzrə planlı işlərə başlanılıb:"Bakı metropoliteninin hər stansiyasının özünəməxsus infrtasturkturu var. Şəhərin mürəkkəb geoloji və hidrogeoloji şəraiti səbəbindən məsələn, Xalqlar Dostluğu, Koroğlu və Nərimanov stansiyalarında fərqli yanaşmalar tələb olunur. Bu layihələr dünya təcrübəsi nəzərə alınmaqla, lakin tam şəkildə Bakı metropoliteninin infrastrukturuna uyğunlaşdırılacaq. Sərnişinlər qatarların özündə də havalandırma ilə bağlı narazılıqlar edirdi. Yeni nəsil qatarların mühərrikləri, elektron təchizat sistemləri yüksəkdir. Beləliklə, həm sərnişinlərin rahatlığı, həm də tunel infrastrukturunun qorunması baxımından soyutma və havalandırma sistemlərinin tətbiqi ölçü və paramatrlərə uyğun olaraq bu prinsiplərə tam uyğun olacaq".

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
24
6
metbuat.az

10Sources