EN

Moldova oliqarxı Plaxotnyuk vətəninə ekstradasiya edildi

Moldova Demokratik Partiyasının sabiq sədri Vladimir Plaxotnyuk Afinadan Kişinyova ekstradisiya edilib. O, sərnişin təyyarəsi ilə gətirilib və çatdıqdan sonra istintaq təcridxanasına yerləşdirilib. Plaxotnyuk açılmış cinayət işləri çərçivəsində həbs olunacaq.

2016-cı ildə Vladimir Plaxotnyuk Moldova Demokratik Partiyasına rəhbərlik edib. 2019-cu ildə hökumət istefaya göndərilmiş, sabiq partiya sədri isə ölkədən qaçmışdı. Vətənində Plaxotnyuk cinayətkar təşkilat yaratmaq, dələduzluq və vəsaitləri yuymaqda ittiham olunur.

Plaxotnyuk iyul ayında Yunanıstanda həbs olunub. Avqust ayında Afinanın Apellyasiya Məhkəməsi onun vətənə ekstradisiyasını təsdiqləyib.

Vladimir Plaxotnyuk Moldovadakı ən varlı biznesmenlərdən biri hesab olunur. 1995-ci ildə o, Moldova-Amerika maliyyə qrupu “Angels”i təsis edib. Daha sonra Petrom Moldova neft şirkətinə və Victoriabank kommersiya bankına rəhbərlik edib.

Rusiyada moldovalı siyasətçi vəsaitlərin çıxarılması məqsədilə cinayətkar birliyin yaradılması işi üzrə hələlik məhkəmə qərarı ilə həbs olunub. 2017-ci ilin dekabrında Moskva Basman Məhkəməsi moldovalı biznesmeni qiyabi həbs edib. Plaxotnyukun Yunanıstanda həbsindən sonra Rusiya da onun ekstradisiyasını tələb edib.

S.ELAY

XQ

Chosen
12
1
xalqqazeti.az

2Sources