EN

Makron Pezeşkiyanla görüşüb

ain.az, Azvision saytına istinadən bildirir.

Bu barədə o özünün "X" hesabında məlumat verib. Diqqətə çatdırıb ki, Məsud Pezeşkiyanla görüşü əsnasında ona İranda məhbus saxlanılan üç Fransa vətəndaşının: Sesil Koler, Jak Pari və Lennar Monterlosun azadlığa buraxılmaları tələbini irəli sürüb. Tərəflər həmçinin İranın nüvə proqramı məsələsinə də toxunublar. Emmanuel Makron vurğulayıb ki, ölkəsinin bu məsələdə mövqeyi açıqdır.

AP: "İran dirçəlir"

"İranın nüvə silahı hazırlaması yolverilməzdir. Bu çərçivədə Almaniya və Britaniya ilə birgə sanksiyaların yenidən tətbiqinə imkan verən mexanizmi işə salmaq qərarına gəlmişik. Razılaşma həmişə mümkündür. İran regional təhlükəsizlik, qlobal sabitlik naminə qoyduğumuz şərtləri yerinə yetirməlidir", – deyən prezident iranlı həmkarına "güzəştə getməyəcəklərini" söyləyib. Bu çərçivədə üç ölkənin Tehrandan tələbləri:

– Beynəlxalq Atom Enerjisi Təşkilatının (BAEA) müfəttişlərinin bu ölkəyə məhdudiyyətsiz girişinə icazə;

– uran ehtiyatları ilə əlaqədar şəffaf məlumat;

– danışıqların dərhal bərpasıdır. Xatırladaq ki, ötən günlərdə BMT-nin Təhlükəsizlik Şurası Tehrana qarşı sanksiyaları qiymətləndirərək, bu sanksiyaların qüvvədə qalmasına qərar verib. Eyni zamanda, Avropa İttifaqı (Aİ) da İrana BMT səviyyəsində sanksiyaların bərpası məqsədilə 30 günlük prosesə başlayıb. Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
2
azvision.az

3Sources