EN

ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC(ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusiləbölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilkdəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır.

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində– 28 sentyabr 2025-ci il tarixindən etibarən müasir elektrikqatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfəsərnişinlərə xidmət göstəriləcək.

Qrafikə əsasən, qatar hər gün saat 05:45-də Gəncədən yoladüşərək 06:57-də Mingəçevir şəhər stansiyasına çatacaq, saat07:15-də Mingəçevirdən Gəncə–Ağstafa istiqamətində hərəkət edərək08:26-da Gəncə, 09:48-də isə Ağstafada olacaq. Günün ikinciyarısında reyslər saat 16:00-da Ağstafadan başlayacaq, qatar saat17:19-da Gəncəyə, 18:36-da Mingəçevir şəhər stansiyasına çatacaq.Saat 19:00-da Mingəçevirdən yola düşən qatar 20:11-də Gəncədəolacaq.

Sərnişinlər Mingəçevir, Mingəçevir-baş, Goran, Gəncə, Dəllər,Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edəbiləcəklər.

Qatarlarda standart, standart+ biznes və birinci siniflər üzrəsəyahət imkanları təklif olunacaq. Gəncə–Mingəçevir istiqamətindəbiletlərin minimum qiyməti 2,60 AZN, Mingəçevir–Ağstafaistiqamətində isə 6,80 AZN təşkil edəcək.
Sərnişinlər səfər zamanı ödənişsiz “Wi-Fi” xidmətindən də yararlanabiləcəklər.

Biletləri 25 sentyabr tarixindən etibarən ADY-nin rəsmiveb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etməkmümkündür.

ADY qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təminolunması məqsədilə Mingəçevir sahəsində dəmir yollarındayenidənqurma işləri həyata keçirib. Həmçinin Mingəçevir şəhərstansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalıyenilənib.

Gəncə–Mingəçevir–Ağstafa marşrutunun istifadəyə verilməsinəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir.İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik 100 minəyaxın sərnişin daşınacaq.

Chosen
10
42
az.trend.az

10Sources