EN

Heidi Kuhn Sülh üzrə Nobel Laureatlarının Dünya Sammitinin Qlobal məsələlər üzrə Müşaviri təyin olunub

Bakı. TurkicWorld

Bu barədə Sammitin prezidenti Yekaterina Zaqladina Azərbaycanın yaxın dostu Heidi Kuhnə rəsmi məktub ünvanlayıb. Məktubda bildirilir ki, "Sülhün Kökləri" (Roots of Peace) təşkilatının təsisçisi və 2023-cü ilin Dünya Ərzaq Mükafatı laureatı olan xanım Heidi Kuhn 23 sentyabr 2025-ci il tarixində "Qlobal Məsələlər üzrə Müşavir" (Counselor for Global Affairs) tituluna layiq görülüb.

TurkicWorld xəbər verir ki, Yekaterina Zaqladina məktubunda qeyd edib:

"Siz bütün fəaliyyətinizi sülhü kənd təsərrüfatı vasitəsilə təşviq etməyə yönəltmiş və bu yolda göstərdiyiniz xidmətlərlə Ərzaq və Kənd Təsərrüfatı sahəsinin "Nobel Mükafatı" sayılan 2023-cü il Dünya Ərzaq Mükafatı Laureatı fəxri adını qazanmısınız. Bu təltif sizə olan dərin hörmətimizi bildirir və dünya miqyasında sülhün təşviqinə olan sadiqliyinizə ehtiram əlaməti olaraq təqdim olunur."

Məktubda, Heidi Kuhnün fəaliyyət dairəsinə daxil olan ölkələr arasında Azərbaycanın da adı qeyd olunur. Onun münaqişədən zərərçəkən ərazilərdə minaların təmizlənməsi və kənd təsərrüfatının bərpasına yönəlmiş təşəbbüsləri ilə 10-a yaxın ölkədə bu problemin qlobal miqyasda tanıdılmasına və həllinə mühüm töhfə verdiyi vurğulanıb.

1988-ci ildə ağır xəstəliklə üzləşməsinə baxmayaraq, Kuhn öz həyatını mina təhlükəsinə qarşı mübarizəyə həsr etmişdir. Onun rəhbərlik etdiyi "Minalardan üzümlüklərə" təşəbbüsü nəticəsində milyonlarla mina sahəsi təmizlənmiş, səkkiz milyondan çox meyvə ağacı əkilmiş, bir milyondan artıq fermer və ailə faydalanmışdır.

Sammitin rəhbərliyi, həmçinin, vurğulayır ki, bütün bu xidmətlərinə görə Kuhn-a təqdim edilən titul onun uzunmüddətli humanitar missiyasına olan hörmətin və beynəlxalq miqyasda tanınmasının göstəricisidir.

Chosen
1
1
turkic.world

2Sources