AZ

Heidi Kuhn Sülh üzrə Nobel Laureatlarının Dünya Sammitinin Qlobal məsələlər üzrə Müşaviri təyin olunub (FOTO)

Bakı. Trend:

Bu barədə Sammitin prezidenti Yekaterina Zaqladina Azərbaycanınyaxın dostu Heidi Kuhnə rəsmi məktub ünvanlayıb. Məktubdabildirilir ki, “Sülhün Kökləri” (Roots of Peace) təşkilatınıntəsisçisi və 2023-cü ilin Dünya Ərzaq Mükafatı laureatı olan xanımHeidi Kuhn 23 sentyabr 2025-ci il tarixində “Qlobal Məsələlər üzrəMüşavir” (Counselor for Global Affairs) tituluna layiq görülüb.

Trend xəbərverir ki, Yekaterina Zaqladina məktubunda qeyd edib:

“Siz bütün fəaliyyətinizi sülhü kənd təsərrüfatı vasitəsilətəşviq etməyə yönəltmiş və bu yolda göstərdiyiniz xidmətlərlə Ərzaqvə Kənd Təsərrüfatı sahəsinin “Nobel Mükafatı” sayılan 2023-cü ilDünya Ərzaq Mükafatı Laureatı fəxri adını qazanmısınız. Bu təltifsizə olan dərin hörmətimizi bildirir və dünya miqyasında sülhüntəşviqinə olan sadiqliyinizə ehtiram əlaməti olaraq təqdimolunur.”

Məktubda, Heidi Kuhnün fəaliyyət dairəsinə daxil olan ölkələrarasında Azərbaycanın da adı qeyd olunur. Onun münaqişədənzərərçəkən ərazilərdə minaların təmizlənməsi və kənd təsərrüfatınınbərpasına yönəlmiş təşəbbüsləri ilə 10-a yaxın ölkədə bu probleminqlobal miqyasda tanıdılmasına və həllinə mühüm töhfə verdiyivurğulanıb.

1988-ci ildə ağır xəstəliklə üzləşməsinə baxmayaraq, Kuhn özhəyatını mina təhlükəsinə qarşı mübarizəyə həsr etmişdir. Onunrəhbərlik etdiyi “Minalardan üzümlüklərə” təşəbbüsü nəticəsindəmilyonlarla mina sahəsi təmizlənmiş, səkkiz milyondan çox meyvəağacı əkilmiş, bir milyondan artıq fermer və ailəfaydalanmışdır.

Sammitin rəhbərliyi, həmçinin, vurğulayır ki, bütün buxidmətlərinə görə Kuhn-a təqdim edilən titul onun uzunmüddətlihumanitar missiyasına olan hörmətin və beynəlxalq miqyasdatanınmasının göstəricisidir.

Heidi
Heidi
Heidi
Seçilən
6
1
az.trend.az

2Mənbələr