EN

Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə qatarlarda biletlərin qiyməti açıqlandı (FOTO)

bakı.Trend:

28 sentyabrdan fəaliyyətə başlayacaq Gəncə–Mingəçevir–Ağstafamarşrutu üzrə qatarlarda biletlərin minimum qiyməti 2,60 AZN,Mingəçevir–Ağstafa istiqamətində isə 6,80 AZN təşkil edəcək.

Trend xəbərverir ki, bu barədə ADY məlumat yayıb.

Qeyd olunub ki, qatarlarda standart, standart+ biznes və birincisiniflər üzrə səyahət imkanları təklif olunacaq:

"Biletləri 25 sentyabr tarixindən etibarən ADY-nin rəsmiveb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etməkmümkündür.

Həmçinin, sərnişinlər səfər zamanı ödənişsiz “Wi-Fi” xidmətindəndə yararlana biləcəklər".

Vurğulanıb ki, Mingəçevir şəhər stansiyasının binasında təmirişləri aparılıb, gözləmə zalı yenilənib.

"Gəncə–Mingəçevir–Ağstafa marşrutunun istifadəyə verilməsinəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir.İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik 100 minəyaxın sərnişin daşınacaq",- qurumdan əlavə edilib.

Gəncə–Mingəçevir–Ağstafa
Chosen
30
az.trend.az

1Sources