EN

İndiki zamanda göydə Allah, yerdə puldur

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

"Pul əl çirki deyil. Versinlər, mənim əllərim çirklənsin. Pul adamın ad-sanı, şan-şöhrətidir. Deyir, pulun olmasa, uşaq getməz məktəbə, pulun olsa, tikərsən beşmərtəbə. İndiki zamanda göydə Allah, yerdə puldur".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Günə bax" verilişində deyib. O, həyatda pulun önəmindən söz açıb:

"Bir də insanlıq. İnsanlığı da Allah hər adama vermir. İstəyirəm ki, insanın həm pulu olsun, həm insanlığı, başını itirməsin, yolunu azmasın. Allah çox verib azdırmasın, az da verib möhtac etməsin. Adam var ki, pulu olan kimi gözü ayağının altını görmür. Amma fikirləşmir ki, fani həyatdır. Heç kim bu dünyada qalmayıb. Heç nə aparmırsan. Gərək insan kimi yaşayasan, qudurmayasan".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
axsam.az

2Sources