Bakı. Trend:
Bərpa olunan enerji üzrə daha 10-15 yeni layihəmiz ilkinmərhələdədir.
Bunu Trend-əaçıqlamasında “SOCAR Green” şirkətinin günəş və külək enerjisi üzrəeksperti Elçin Tarquliyev Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbir çərçivəsindəbildirib.
O qeyd edib ki, "SOCAR Green" bərpa olunan enerji sahəsindəbeynəlxalq partnyor şirkətlərlə birlikdə bir çox layihələr həyatakeçiririk: "Məsələn, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar”şirkəti ilə birlikdə 1 giqavata yaxın günəş və külək enerjisilayihələrini icra edirik. Bundan başqa, bp şirkəti və AzərbaycanBiznesinin İnkişafı Fondu ilə birlikdə Cəbrayılda 240 meqavatlıq"Şəfəq" Günəş Elektrik Stansiyasını tikirik. Bu layihə Səngəçalterminalının dekarbonizasiyası üçün istifadə olunur. Eyni zamanda"Chima Datang", "PowerChina", "China Energy" kimi şirkətlərləbirlikdə ümumilikdə 420 meqavatlıq layihələr həyata keçiririk".
Şirkət rəsmisi vurğulayıb ki, ümumilikdə, hazırda davam edən1,66 giqavat günəş və külək enerjisi layihələri mövcuddur: "Bundanəlavə, dənizdə 5,5 giqavatlıq layihələrlə bağlı tədbirlər ilkinmərhələdədir. Bərpa olunan enerji üzrə daha 10-15 yeni layihəmizisə ilkin mərhələdədir.
Bundan başqa, Səngəçal terminalı daxili istehsal ilə özenerjisini təmin edir. Lakin biz buraya günəş enerjisini də əlavəetdikdə qaz sərbəstləşəcək, belə olan halda enerji ixraca hazırdurumda olacaq".
E. Tarquliyev Azərbaycanda "yaşıl hidrogen" istehsalı ilə bağlıda görülən işlərdən danışıb: " Ölkəmizdə "yaşıl hidrogen" istehsalıilə bağlı müəyyən layihələr var. Lakin hazırkı məqamda "yaşılhidrogen" istehsalı çox böyük həcmdə sərmayə tələb etdiyindən,eləcə də ölkəmizdə hidrogen tələbatı çox yüksək olmadığı üçün buistiqamətdə hazırda aktiv layihə yoxdur. Daha çox bu yöndə ilkinaraşdırma tipli tədbirlər görülür".