Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya gedib.
“İki sahil” xəbər verir ki, o, bu barədə sosial şəbəkədə hava limanına gəlişi barədə video paylaşaraq bildirib.
"Moskvaya işgüzar səfərim başlayıb", - o yazıb.
Daha əvvəl Paşinyanın Moskvada Qlobal Atom Forumunda iştirak edəcəyi bildirilmişdi.
Səfər çərçivəsində Baş nazir Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.