AZ

Paşinyan Putinlə görüşəcək | VİDEO | YENİLƏNİB

Rusiya mətbuatının rəsmi mənbəyə istinadən yaydığı məlumata əsasən, Vladimir Putin Kremldə həmçinin bir sıra digər ölkənin lideri ilə də görüşəcək.

* * *

10:46
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın paytaxtı Moskva şəhərinə səfərə yollanıb.
Bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Nikol Paşinyanın bu gün Moskvada keçiriləcək "Ümumdünya Atom Həftəsi" beynəlxalq forumunda iştirakı gözlənilir.

Səfər çərçivəsində hökumət başçısının Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcəyi istisna deyil. Xatırladaq ki, onlar axırıncı dəfə Şanxay Əməkdaşlıq Təşkilatının avqustun 31-də Çində keçirilmiş sammitində görüşmüşdülər.

Firudin Həmidli
AzVision.az
Seçilən
0
6
azvision.az

8Mənbələr