Bakı.Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Həsən Əliyevküçəsi – "Koroğlu" metrostansiyası avtomobil yolunun Akademik HəsənƏliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinintikintisini 35 % icra edib.
Trend xəbərverir iki, bu barədə AAYDA məlumat yayıb.
Yol ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Bakışəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturununtəkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün DövlətProqramı"na uyğun olaraq inşa edilir.
Qeyd edilib ki, avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi –Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağındanibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malik olacaq. Bundanəlavə, 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları dalayihəyə daxildir:
"Avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel vəümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşasınəzərdə tutulur:
- 1 nömrəli tunel – yolun 0.8-ci km-də yerləşir. Ümumi uzunluğu506 m, eni 17 m-dir (qapalı hissə – 120 m, açıq hissə – 386m);
- 2 nömrəli tunel – yolun 1.5-ci km-də yerləşir. Ümumi uzunluğu363 m, eni 11 m-dir (qapalı hissə – 74,09 m, açıq hissə – 289m);
- 3 nömrəli tunel – yolun 1.8-ci km-də yerləşir. Ümumi uzunluğu307 m, eni 27,5 m-dir (qapalı hissə – 192,8 m, açıq hissə – 114,5m);
- 4 nömrəli tunel – yolun 2.4-cü km-də yerləşir. Ümumi uzunluğu894,7 m, eni 27,5 m-dir (qapalı hissə – 259,5 m, açıq hissə – 390,6m, çıxış hissəsi – 244,6 m)"
Məlumatda bildirilib ki, hazırda bütün tunellərdə və yeraltıpiyada keçidlərində tikinti-quraşdırma işləri davam etdirilir.
Yeraltı piyada keçidlərində icra vəziyyəti:
- 1-ci keçid (km 0+244) – 5%
- 2-ci keçid (km 1+328) – 78%
- 3-cü keçid (km 3+077) – 95%.
Layihə üzrə nəzərdə tutulmuş:
- 9 899 ədəd svay və jetdən – bu günədək 4 559 ədəd
- 3 400 metr rigeldən – 1 314 metr
- 1 346,53 metr istinad divarından – 431 metr inşa olunub.
"Tikinti prosesi “İnşaat Norma və Qaydaları”na uyğun şəkildəhəyata keçirilir. Bütün inşaat meydançalarında mobilizasiya vədemobilizasiya işləri başa çatdırılıb.
Hazırda “Ulduz” metrostansiyasından Həsən Əliyev küçəsiistiqamətində tikinti-quraşdırma işləri sürətlə və keyfiyyətlədavam etdirilir. Bu çərçivədə yerinə yetirilib:
- Torpaq işləri: 899 123,78 m³;
- Torpaq yatağı: 408 896,154 m³.
Layihə üzrə ümumi tikinti işlərinin faktiki icra vəziyyətitəqribən 35% təşkil edir.
Tikinti altına düşən 155 maneə müəyyən edilib, onların 92%-iüzrə müvafiq tədbirlər görülüb. Kommunikasiya xətlərininköçürülməsi işləri isə davam etdirilir və hazırda sonmərhələdədir".