RU

Bakıda yeni avtomobil yolunun inşasının 35 %-i tamamlanıb

Bakı.Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Həsən Əliyevküçəsi – "Koroğlu" metrostansiyası avtomobil yolunun Akademik HəsənƏliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinintikintisini 35 % icra edib.

Trend xəbərverir iki, bu barədə AAYDA məlumat yayıb.

Yol ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Bakışəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturununtəkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün DövlətProqramı"na uyğun olaraq inşa edilir.

Qeyd edilib ki, avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi –Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağındanibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malik olacaq. Bundanəlavə, 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları dalayihəyə daxildir:

"Avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel vəümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşasınəzərdə tutulur:

  • 1 nömrəli tunel – yolun 0.8-ci km-də yerləşir. Ümumi uzunluğu506 m, eni 17 m-dir (qapalı hissə – 120 m, açıq hissə – 386m);
  • 2 nömrəli tunel – yolun 1.5-ci km-də yerləşir. Ümumi uzunluğu363 m, eni 11 m-dir (qapalı hissə – 74,09 m, açıq hissə – 289m);
  • 3 nömrəli tunel – yolun 1.8-ci km-də yerləşir. Ümumi uzunluğu307 m, eni 27,5 m-dir (qapalı hissə – 192,8 m, açıq hissə – 114,5m);
  • 4 nömrəli tunel – yolun 2.4-cü km-də yerləşir. Ümumi uzunluğu894,7 m, eni 27,5 m-dir (qapalı hissə – 259,5 m, açıq hissə – 390,6m, çıxış hissəsi – 244,6 m)"

Məlumatda bildirilib ki, hazırda bütün tunellərdə və yeraltıpiyada keçidlərində tikinti-quraşdırma işləri davam etdirilir.

Yeraltı piyada keçidlərində icra vəziyyəti:

  • 1-ci keçid (km 0+244) – 5%
  • 2-ci keçid (km 1+328) – 78%
  • 3-cü keçid (km 3+077) – 95%.

Layihə üzrə nəzərdə tutulmuş:

  • 9 899 ədəd svay və jetdən – bu günədək 4 559 ədəd
  • 3 400 metr rigeldən – 1 314 metr
  • 1 346,53 metr istinad divarından – 431 metr inşa olunub.

"Tikinti prosesi “İnşaat Norma və Qaydaları”na uyğun şəkildəhəyata keçirilir. Bütün inşaat meydançalarında mobilizasiya vədemobilizasiya işləri başa çatdırılıb.

Hazırda “Ulduz” metrostansiyasından Həsən Əliyev küçəsiistiqamətində tikinti-quraşdırma işləri sürətlə və keyfiyyətlədavam etdirilir. Bu çərçivədə yerinə yetirilib:

  • Torpaq işləri: 899 123,78 m³;
  • Torpaq yatağı: 408 896,154 m³.

Layihə üzrə ümumi tikinti işlərinin faktiki icra vəziyyətitəqribən 35% təşkil edir.

Tikinti altına düşən 155 maneə müəyyən edilib, onların 92%-iüzrə müvafiq tədbirlər görülüb. Kommunikasiya xətlərininköçürülməsi işləri isə davam etdirilir və hazırda sonmərhələdədir".

Məqalədə:
Избранный
7
7
az.trend.az

8Источники