Metronun “Dərnəgül” elektrik deposunun ərazisində yerüstü stansiya tikiləcək.
Trend xəbər verir ki, bunu bu gün “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, yerüstü stansiya metronun "yaşıl xətt"inə aid olacaq:
"Stansiya "xüsusi qrafiklə işləyəcək.Stansiyanın şərti adı "Dərnəgül deposu" adlandırılıb. Stansiya 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək".