AZ

Bakıda daha bir yerüstü metro stansiyası tikiləcək

Metronun "Dərnəgül" elektrik deposunun ərazisində yerüstü stansiya tikiləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, yerüstü stansiya metronun "yaşıl xətt"inə aid olacaq:

"Stansiya "xüsusi qrafiklə işləyəcək.Stansiyanın şərti adı "Dərnəgül deposu" adlandırılıb. Stansiya 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək".

Seçilən
17
14
day.az

10Mənbələr