EN

Şagird və xadiməni döyən direktor müavini DANIŞDI: “Mənə badalaq atdı”

Lənkəran rayonunun Zövlə kənd tam orta məktəbinin direktor müavininin məktəbdə şagirdlə xadiməni döyməsi iddiasının təfərrüatı məlum olub.

Araşdırmalar nəticəsində məlum olub ki, şagird və texniki işçini döyməkdə ittiham edilən Qurban Sadıqov artıq vəzifəsindən kənarlaşdırılıb.

“Yeni Sabah” xəbər verir ki, o, hadisənin təfərrüatını danışıb. Marqarita pizza

Dediyinə görə, bu mübahisəyə əsas səbəb onun 8-ci sinifdə təhsil alan oğlunun məktəbin 11-ci sinif şagirdi tərəfindən döyülməsi olub.

Onun iddiasına görə, övladının döyülməsi ilə bağlı həmin şagirdlə söhbət aparmaq istəyib, ancaq sonradan vəziyyət bu həddə çatıb.

O da məlum olub ki, hadisə bu ilin mart ayında baş verib. Həmin gün Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng vurularaq məlumat verilib. Bundan bir ay sonra isə Qurban Sadıqov vəzifəsindən azad edilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, 11 mart 2025-ci il tarixində Lənkəran rayonu, Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqov tərəfindən şagirdə və məktəbin xadiməsinə fiziki zorakılıq davranışı iddiası əsasında araşdırma aparılıb. Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, aprelin 17-də Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

İşdən kənarlaşdırılan direktor müavini isə deyir ki, məhkəməyə müraciət edib və işə bərpası ilə bağlı onun lehinə qərar çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan isə bildirilib ki, tərəflərin cari ilin mart ayının 14-də daxil olmuş müraciətləri əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılıb.

Müvafiq ekspertizalar təyin edilib və digər prosessual hərəkətlər həyata keçirilib. Məhkəmə tibbi ekspertizasının rəyi, tərəflərin şikayət və tələbinin olmadığı nəzərə alınaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub.

Daha ətraflı "Xəzər Xəbər"in videomaterialında:


Telegram kanalımız
Chosen
2
10
yenisabah.az

10Sources