EN

Bakıda su xəttində bərpa işləri - Zirzəmilərə su doldu

Bakının Yasamal rayonu, İslam Səfərli küçəsində su xəttində aparılan bərpa işləri sakinlər üçün narahatlıq yaradıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Sakinlərin sözlərinə görə, nəticədə ərazidəki zirzəmiləri su basıb:

"İşçilər kollektor su xətlərini kəsib, axan suyun qarşısını bağlayıb. Yığılan su zirzəmilərə dolub".

Məsələ ilə əlaqədar aidiyyatı qurumla əlaqə saxladıq. Məlumat verildikdə xəbərə əlavə olunacaq.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Chosen
8
1
far.az

2Sources