EN

Kanadada O olmasın, bu olsun operettası səhnələşdirilib FOTOLAR

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində məşhur "O olmasın, bu olsun" operettası Kanadanın Toronto şəhərində tamaşaya qoyulub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Komitənin dəstəyi, "Təbriz" Azərbaycan Musiqi və Rəqs Ansamblının təşkilatçılığı ilə Kanadada müasir üslubda ərsəyə gələn tamaşanın premyerasında Azərbaycan icmasını və müxtəlif millətləri təmsil edən 300-dən çox izləyici iştirak edib.

Məlumata görə, Azərbaycanın peşəkar musiqi sənətinin və milli operasının banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur "Arşın mal alan" operettasının Toronto şəhərində ilk dəfə təqdim olunması ideyası Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblının təsisçilərindən olan Şervin Şadpoura məxsusdur. O, layihəyə rəhbərlik etməklə yanaşı, musiqi və rejissorluq işlərini öz üzərinə götürüb.

Tamaşada rolları Rövşən Tağıoğlu (Məşədi İbad), Əməkdar artist Həsən Ənəmi (Sərvər), Şəhər Şərifian (Gülnaz), Məhəmməd Peyğəmbəri (Rüstəm bəy), Nasir Gözərçiyamin (hambal), Bəhzad Bolandi (Rza bəy), Vahid Əttari (Həsənqulu bəy), Məhəmməd Kəsbi (Qoçu Əsgər), Səid Şirazi (Məşədi Qəzənfər), Pərvin Razi (Sənəm) və Cavid İsmiyev (Həsən bəy) oynayıb.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
3
cebheinfo.az

4Sources