EN

Google yeni kompüter əməliyyat sistemi hazırlayır

Ajans.az xəbər verir ki,bu barədə şirkət nümayəndələri Snapdragon Summit tədbirində məlumat veriblər. Yeni ƏS süni intellekt imkanları nəzərə alınaraq fərdi kompüterlər üçün optimallaşdırılacaq. Google-un Android ekosisteminin rəhbəri Samir Samat bildirib ki, ChromeOS-un təcrübəsi əsasında Android texnologiyaları yenidən qurulur. “Biz planşetlərdə Android təcrübəmizə əsaslanaraq bu platformanı kompüterlərə gətirmək niyyətindəyik,” – deyə o vurğulayıb. Qualcomm-un baş direktoru Cristiano Amon isə ilk Android əsaslı kompüter nümunəsini artıq gördüyünü və nəticədən heyran qaldığını bildirib. Şirkətlərin məlumatına görə, yeni əməliyyat sistemli fərdi kompüterlər 2026-cı ildə bazara çıxarılacaq. Lakin texniki təfərrüatlar hələlik açıqlanmayıb.

 

Chosen
13
Ajans.az

1Sources