EN

Layihəmizin əsas məqsədi universitetlərimizin Qarabağ Universitetinə hansı töhfələri verə biləcəyini müzakirə etməkdir - Ziya Zakir Acar

Bakı. Trend:

Layihəmizin əsas məqsədi universitetlərimizin QarabağUniversitetinə hansı töhfələri verə biləcəyini müzakirəetməkdir.

Bu sözləri Trend-ə açıqlamasında İğdır Azərbaycan Evinin rəhbəriZiya Zakir Acar deyib.

O bildirib ki, layihə çərçivəsində görüşlər çox uğurlukeçib:

"Can Azərbaycan ilə mədəni layihələrimizi həyata keçirməkməqsədilə başladığımız layihə çərçivəsində Azərbaycana səfərimizbaşladı. İlk olaraq proqramımıza və layihəmizə dəstək verənDiasporla İş üzrə Dövlət Komitəsinin sədri, hörmətli Fuad Muradovlagörüş keçirdik. Bizimlə toplantı keçirərək ən gözəl qonaqpərvərliknümunəsini göstərən hörmətli sədrə təşəkkür edirik. Bu görüşdə çoxgözəl layihələr ortaya qoyuldu. Xüsusilə layihəmiz çərçivəsindəbizimlə birgə hərəkət edən, bizimlə Azərbaycana səfər edən Erzurum,İğdır, Ağrı, Van, Qars, Artvin, Ardahan və Bolu Universitetlərininrektorları arasında çox maraqlı layihələr təqdim olundu. Görüşümüzuğurlu keçdi”.

“Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyinə səfərimiz baştutdu. Ardınca Elm və Təhsil Nazirliyini ziyarət etdik. Allahqismət etsə, əsas məqsədimiz, layihəmizin əsas məqsədi – QarabağUniversitetini ziyarət etmək, 8 universitetimizin bu QarabağUniversitetinə hansı töhfələri verə biləcəyini müzakirə etmək,orada müvafiq işləri həyata keçirməkdir. Qismət olsa, ora gedəcəyikvə bu fəaliyyətlərimizi gerçəkləşdirəcəyik. Oradakı məqsədimizgənclərimizə milli ruhumuzu, Türkiyə–Azərbaycan qardaşlığınıaşılamaq və yeni açılan Qarabağ Universitetinə rektorlar olaraq,universitetlər olaraq hansı töhfələri verə biləcəyimiz mövzusunumüzakirə etməkdir”,- deyə o qeyd edib.

Xatırladaq ki,Türkiyənin Şərqi Anadolu bölgəsindəkiuniversitetlərin rektorlarının və İğdır Azərbaycan Evininrəhbərinin daxil olduğu Türkiyə nümayəndə heyəti Azərbaycandasəfərdədir.

Məqalədə:
Chosen
10
az.trend.az

1Sources