EN

Sabiq Prezident azadlıqdan məhrum edildi

Paris məhkəməsi Fransanın sabiq prezidenti Sarkozini 5 il müddətinə azadlıqdan məhrum edib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, o, "Liviya işi" üzrə təqsirli bilinib.

Qeyd edək ki, Sarkozi passiv korrupsiyada, seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsində, dövlət vəsaitlərinin mənimsənilməsində iştirakda ittiham olunurdu. 

İstintaq məlumatına əsasən, sabiq Prezident yaxın adamları vasitəsilə 2007-ci il prezident seçkiləri zamanı özünün seçki kampaniyası üçün əlavə maliyyə vəsaitləri əldə etmək üçün M.Qəddafi ilə “korrupsiya paktı” bağlayıb.

Nilufər

Chosen
109
1
news24.az

10Sources