Fransanın keçmiş prezidenti Nikola Sarkozi Parisin Sante həbsxanasında saxlanılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Fransa KİV-i həbsxanadakı mənbəyə istinadən məlumat yayıb. keçmiş
"Keçmiş prezident Milli Maliyyə Prokurorluğuna çağırılıb. Prokuror ona həbsdə olduğu ilk gün barədə məlumat verəcək. Artıq təcridxanada sabiq dövlət başçısı üçün kamera hazırlanıb", - deyə mənbə bildirib.
Bundan əvvəl Paris məhkəməsi Sarkozini 2007-ci il seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi ilə bağlı 5 il həbs cəzasına məhkum etmişdi.