EN

Bəzi universitetlər təhsildən uzaq addımlara əl atırlar- ÖZƏL

"Universitet sadəcə ali təhsil müəssisəsi deyil, bilik məbədi, elm və düşüncənin mərkəzidir. Onun mahiyyəti tələbəyə yalnız peşə öyrətməklə məhdudlaşmır; universitet eyni zamanda yeni ideyaların, tənqidi düşüncənin, milli-mənəvi və bəşəri dəyərlərin formalaşdırıldığı unikal bir məkandır. Burada müəllimlə tələbə arasındakı münasibət kitab və auditoriya çərçivəsini aşaraq intellektual mühitin, müzakirələrin, araşdırmaların və elmi yeniliklərin sintezində öz əsl dəyərini tapır". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı alim Zahid Məmmədov deyib: "Təəssüf ki, bəzi universitetlər müasirlik görüntüsü yaratmaq naminə təhsildən uzaq addımlara əl atırlar: tələbələrlə görüşlərə müğənniləri dəvət etmək, yaxud elmi mühitlə heç bir əlaqəsi olmayan şəxslərə fəxri adlar vermək bunun bariz nümunəsidir. Belə yanaşmalar universitetin əsas missiyasını kölgəyə salır, onun dəyərini ucuzlaşdırır.
Əksinə, Naxçıvan Dövlət Universiteti kimi nümunələr isə göstərir ki, ali məktəbin nüfuzu yalnız elm, mədəniyyət və intellektual mühitlə möhkəmlənə bilər. NDU-nun Türkiyənin ən nüfuzlu tarixçilərindən biri - İlber Ortaylını dəvət etməsi universitet anlayışına tam uyğun addımdır. Bu təşəbbüs tələbələr üçün həm elmi, həm də mənəvi qida rolunu oynayır. Beləliklə, universitetin böyüklüyü "səhnə parıltısı" ilə deyil, təbliğ etdiyi dəyərlərlə ölçülür. Əgər o, həqiqətən universitetdirsə - deməli, o, bilik məbədidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
4
olaylar.az

1Sources