EN

“Qarabağ”-“Kopenhagen” oyunun bilet qiymətləri AÇIQLANDI

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Kopenhagen” (Danimarka) oyununun biletləri bu gündən satışdadır.

Modern.az xəbər verir ki, oktybarın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq oyunun bilet qiymətləri 5-500 manat arasında dəyişir.

Standart biletlərin qiyməti: 5, 10, 30, 40, 50, 75 AZN

VIP sektorlar: 150, 200, 250 AZN

VVIP sektorlar: 500 AZN

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

Chosen
7
13
modern.az

10Sources