Türkiyənin məşhur "Adamlar" qrupu fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Kulis.az xəbər verir ki, bu barədə qrup sosial media hesabından açıqlama yayıb:
"Qrup olaraq fəaliyyətimizi müvəqqəti olaraq dayandırmaq qərarına gəldik. Buna görə də bildiririk ki, qarşıdan gələn bütün konsertlər ləğv olunub. Bizimlə olan, dəstək və sevgilərini göstərən hər kəsə təşəkkür edirik".