EN

117 yaşlı qadının DNT-si uzunömürlülüyün sirrlərini ortaya çıxardı

2024-cü ildə 117 yaşında vəfat edən dünyanın ən yaşlı insanlarından biri — Maria Branyas üzərində aparılan genetik araşdırma, uzunömürlülüyün genetik əsaslarını üzə çıxardı.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın Barselona şəhərində aparılan tədqiqatda, Branyasın qan, tüpürcək, sidik və nəcisi analiz edilib. Onun genomu yaşı ilə müqayisədə gənc xüsusiyyətlər göstərib.

Araşdırma nəticəsində məlum olub ki:

  • Branyasın nadir genetik variantları immun sistemi, ürək və beyin sağlamlığı ilə bağlıdır.

  • Aşağı iltihab səviyyəsi, güclü ürək-damar sistemi və balanslı bağırsaq mikrobiomu müşahidə olunub.

  • Yaxşı xolesterolu yüksək, pis xolesterol və triqliserid səviyyələri isə çox aşağı idi.

Əlavə olaraq, fiziki və zehni aktiv həyat tərzi, sosiallıq və Aralıq dənizi tipli qidalanma da onun uzunömürlülüyünə töhfə verən amillər kimi göstərilib.


Chosen
7
manset.az

1Sources